General-mayor Kiyumərs Heydəri İRNA-nın müdafiə və təhlükəsizlik bölməsi üzrə müxbirinə müsahibəsində ordunun raket, pilotsuz təyyarə və artilleriya bölmələrinin ölkənin şimal-şərq sərhədlərində yerləşdirilməsi ilə bağlı deyib: “Quru qüvvələri güc boşluqlarının olduğu nöqtələrə diqqət yetirməklə plan nəzərdə tutmuşdur.”
Quru qüvvələrinin İslam Respublikasının müqəddəs quruluşunun müstəqilliyi və ərazi bütövlüyünün qorunmasına cavabdeh olduğunu bildirən komandan deyib: “Bundan əvvəl bu məsələ ilə əminliklə məşğul ola biləcək heç bir ərazi planı yox idi. Ona görə də biz boşluq olan yerləri araşdıraraq, yeni ərazi planı hazırlayıb həyata keçiririk.”
Sərhədlərdə raket və dron bölmələri yerləşdirməklə təhdidlərə sürətli cavab
Quru Qoşunlarının komandanı əlavə edib: “Raketlər, pilotsuz təyyarələr və manevr qüvvələri baxımından bu plan sərhədlərdə həyata keçirilir. Ona görə də biz bu işlə təhdidlərə qarşı qətiyyətli ərazi planını həyata keçirəcəyik.”
“Raket və pilotsuz təyyarə bölmələrinin və manevr qüvvələrinin yerləşdirilməsi təhlükələrə tez və vaxtında cavab vermək üçündür”-deyə, o, bildirib.
Sizin rəyiniz